İdman

Kerem Aktürkoğlunun qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı seçildi – FOTO/VİDEO

Sharing is caring!


“Qalatasaray”ın türkiyəli futbolçusu Kerem Aktürkoğlunun qolu UEFA Çempionlar Liqasında “Həftənin qolu” seçilib.

UEFA Çempionlar Liqasısının A qrupu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray”a “Mançester Yunayted”lə oyunun 71-ci dəqiqəsində 3:3 hesablı bərabərlik gətirən Kerem Aktürkoğlunun qolu “Həftənin qolu” nominasiyasında qalib olub.

Bu barədə UEFA paylaşım edib.

Paylaşımda Aktürkoğlunun qolunun həftənin qoluna namizəd olan 4 qol arasında birinci olduğu bildirilib.

Xatırladaq ki, UEFA-nın “Həftənin qolu” üzrə müəyyən etdiyi 4 namizəddən 2-si “Qalatasaray”-“Mançester Yunayted” matçında qeydə alınıb. “Mançester Yunayted”in matçda ikinci qolunu vuran Bruno Fernandesin qolu da həftənin 2-ci ən gözəl qolu seçilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir