İdman

Azərbaycan təmsilçisi Çelenc Kubokunda mübarizəni dayandırıb

Sharing is caring!


Kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandası Çelenc Kubokunda növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Yunanıstanda “Panatinaikos”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 3:1 (25:16, 25:12, 23:25, 25:16). Bakıda reallaşan ilk matçda 0:3 hesabı ilə məğlub olan Şuşa klubu mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, “Xarı Bülbül” Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” komandasını hər iki görüşdə məğlub edib (3:0, 3:1).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir