İdman

“Heydər Əliyev İli”nə həsr olunan cüdo yarışı keçirilib – FOTO

Sharing is caring!


Qarabağ Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa Rayon Uşaq və Gənclər İdman Məktəbi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunan açıq birincilik keçirilib.

AZƏRTAC xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində təşkil olunan turnir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, habelə ulu öndər Heydər Əliyev və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işində başlayıb.

Şuşa Rayon Gənclər və idman idarəsinin rəisi Nadir Bayramov və Şuşa Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Rüstəm Alimli çıxışlarında bildiriblər ki, yarışın keçirilməsində əsas məqsəd oğlanlar və qızlar arasında cüdonun inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsini artırmaq və vətənpərvərlik ruhunun təbliğidir.

Yeniyetmə oğlan və qızlar arasında keçirilən birincilikdə 40-dan çox komanda mübarizə aparıb. Bu komandaların arasında Qazağıstan və Almaniyadan gələn idmançılar da iştirak edib.

Turnirin sonunda komandalar arasında medal sayına görə “Şuşa” UGİM birinci yerə layiq görülüb. “UGİM-13” komandası ikinci, “Hədəf “ komandası isə üçüncü yerin sahibi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir