İdman

Klyuvert XXI əsrdə “Top-5” liqaların hamısında qol vuran ikinci futbolçu olub

Sharing is caring!


İngiltərənin “Bornmut” klubunun hücumçusu Castin Klyuvert XXI əsrdə “Top-5” liqaların hamısında qol vuran ikinci futbolçu olub.

“Report”un məlumatına görə, Niderland millisinin üzvü Premyer Liqanın XIII turunda “Şeffild Yunayted”lə səfər görüşündə fərqlənməklə bunu reallaşdırıb.

O, komandasının 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Premyer Liqada ilk qolunu vurub. 24 yaşlı forvard buna qədər “Roma” ilə İtaliya, “Leypziq”lə Almaniya, “Nitsa” ilə Fransa, “Valensiya” ilə İspaniya yüksək liqalarında fərqlənməyi bacarıb.

XXI əsrdə “böyük beşlik” ölkələrinin hər birində qol vuran ilk futbolçu Stevan Yovetiç olub. 34 yaşlı monteneqrolu hücumçu “Fiorentina”, “İnter” (hər ikisi İtaliya), “Mançester Siti” (İngiltərə), “Sevilya” (İspaniya), “Monako” (Fransa) və “Herta”da (Almaniya) oynayarkən ölkə çempionatında fərqlənib.

Qeyd edək ki, Castin Klyuvert “Bornmut”a yay fasiləsində 11 milyon avro qarşılığında “Roma”dan keçib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir