İdman

Premyer Liqa: “Mançester Yunayted” “Everton”a rəhm etmədi – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının XIII turunda “Everton” evdə “Mançester Yunayted”lə oynayıb.

Oxu.Az xəbər verir ki, qarşılaşma qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 3-cü dəqiqəsində A.Qarnaço möhtəşəm qolla hesabı açıb. 56-cı dəqiqədə M.Reşford hesabı artırıb. Oyunda son nöqtəni A.Marsial qoyub.

Qələbə sayəsində “Mançester Yunayted” 24 xalla altıncı pilləyə yüksəlib. Cəmi dörd xal toplayan “Everton” isə 19-cu pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir