Cəmiyyət

Göygöldə tamet sexində yanğın olub – FOTO

Sharing is caring!


Göygöldə yanğın baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qızılqaya qəsəbəsində qeydə alınıb.

Ümumi sahəsi 315 kvadratmetr olan tamet sexində anidən yanğın olub.

Dərhal əraziyə FHN-in Göygöl Rayon Yanğından Mühafisə Hissəsinin iki yanğınsöndürən avtomobili, 12 canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb.

Hadisə zamanı sexin 20 kvadratmetri yanıb, obyektin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir