İdman

Premyer Liqa: “Zirə” liderliyi əldən verdi

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.

Oxu.Az-ın məlumatına görə, son oyun Sumqayıtda keçirilib.

Şəhərin eyniadlı komandası tura lider kimi girən “Zirə”ni qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb. Bu isə “Zirə”nin liderliyi əldən verməsinə səbəb olub.

Əvvəlki oyunlarda “Qarabağ” “Sabah”ı (2:1), “Qəbələ” “Turan Tovuz”u (4:0) məğlub edib, “Səbail” – “Kəpəz” (0:0) və “Neftçi” – “Araz-Naxçıvan” (1:1) matçları bərabərə yekunlaşıb.

Qeyd edək ki, Premyer Liqada XV turun oyunları 2-4 dekabr tarixlərində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir