İdman

Premyer Liqa: “Səbail” “Kəpəz”i, “Qəbələ” “Turan Tovuz”u qəbul edəcək – AFİŞA

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk olaraq “Səbail” “Kəpəz”i qəbul edəcək.

“ASCO Arena”dakı qarşılaşma saat 14:00-da start götürəcək. “Dənizçilər” 21 xalla dördüncü, “Kəpəz” doqquz xalla doqquzuncu pillədə qərarlaşıb.

Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyniadlı komandası “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri səkkiz xalla sonuncu – 10-cu, qonaqlar 15 xalla səkkizinci sırada yer alıblar.

Azərbaycan Premyer Liqası

XIV tur

25 noyabr (şənbə)

14:00. “Səbail” – “Kəpəz”

Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

“ASCO Arena”

16:00. “Qəbələ” – “Turan Tovuz”

Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir