İdman

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst güləş çempionatına yekun vuruldu – FOTO

Sharing is caring!


22-24 notyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə çempionat keçirilib.

Oxu.Az xəbər verir ki, idman-sağlamlıq klubunun arenasında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 15 komandadan 100-ə yaxın əməkdaş iştirak edib. 

Yarışın son günündə final görüşləri keçirilərək qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qalib komandaları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji nəzər salıb, dahi rəhbərin xalqımızın ictimai-siyasi, iqtisadi, mədəni və idman həyatının bütün sahələrində qazanılan nailiyyətlərdə misilsiz xidmətlərindən bəhs edib.

Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün respublikamızın idman ölkəsinə çevrildiyini, dünya idman arenalarında respublikamızı layiqincə təmsil edən idmançıların yetişdiyini iftixar hissilə dilə gətirən F.Musayev çıxışında FHN əməkdaşlarının idman uğurlarından da danışıb.

Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 8 çəki dərəcəsi üzrə keçirilən yarışları beynəlxalq dərəcəli hakim Elman İsmayılov və digər hakimlər idarə edib.

Gərgin idman şəraitində keçən çempionatda medal qazanan idmançıların siyahısını təqdim edirik:

57 kq çəkidə

I yer – Rəşid Sadıqov (XRXX)

II yer – Emin Qurbanov (MMQ)

III yer – Seyid Günəşli (MMQ)

61 kq çəkidə

I yer – Həsən Seyidov (DYMX)

II yer – Rəşid Rüstəmli (XRXX)

III yer – Mir Eltun Seyidli (DYMX)

III yer – İzzət Rüstəmli (Akademiya)

65 kq çəkidə

I yer – Cəlal Süleymanov (XRXX)

II yer – Murad Babayev (CRM)

III yer – Yusif Süleymanov (Akademiya)

III yer – Tural Nəbiyev (DYMX)

70 kq çəkidə

I yer – Namiq Sevdimov (İSK)

II yer – Mahir Mahmudov (MMQ)

III yer – Elxan Nəbiyev (DYMX)

III yer – Samir Nağızadə (MRM)

74 kq çəkidə

I yer – Asif Nariyev (DYMX)

II yer – Beyrək Əlizadə (CRM)

III yer – Seymur Məmmədov (XRXX)

III yer – Toğrul Sabirzadə (XRXX)

86 kq çəkidə

I yer – Elmir Qəmbərov (İSK)

II yer – Fariz Məmmədov (XRXX)

III yer – Zəka Mansurov (Akademiya)

III yer – Fariz Məmmədov (DYMX)

97 kq çəkidə

I yer – Elman Qasımov (DYMX)

II yer – Hüseyn Balabəyov (DYMX)

III yer – Ramil Əsədov (MMQ)

125 kq çəkidə

I yer – Camal Abdulov (SRM)

II yer – Ruhi İsgəndərov (DYMX)

III yer – Samir Huseynov (DYMX)

III yer – Ədalət Məmmədov (MMQ)

Xal hesabının nəticələrinə əsasən komanda üzrə 1-ci yerə Dövlət Yanğından Mühafizə Xidmətinin komandası, 2-ci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası və 3-cü yerə isə İdman-sağlamlıq klubunun komandası sahib olub.

Çempionatın keçirilməsində obyekti hakimlik xidmətlərinə və göstərdikləri köməkliyə görə Azərbaycan Güləş Federasiyasının hakimlər komitəsi və FHN-in Tibb xidmətinin əməkdaşları fəxri fərmanlarla təltif olunublar.

Sonda qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir