İdman

Hemilton karyerasını başa vurduqdan sonra hansı sahələrdə çalışacağını açıqlayıb

Sharing is caring!


Yeddiqat dünya çempionu Lyuis Hemilton “Formula-1”dən ayrılandan sonra hansı sahələrdə fəaliyyət göstərmək istədiyi barədə danışıb.

“Racingnews365” nəşri xəbər verir ki, hazırda “Mercedes” komandasında çıxış edən pilot çox işlərinin olduğunu bildirib.

Britaniyalı sürücü moda dizaynı və film istehsalı sahəsində işləyəcəyini söyləyib:

“Bundan əlavə, mənim alkoqolsuz tekilam və “Neat Burger”im var. Onları təbliğ və inkişaf etdirməyə çalışıram. “Plus 44” geyim markası və çox vaxt aparan “Mission 44” fondum da mövcuddur. Bütün bunlarla necə məşğul ola bilərəm? Mənim böyük komandam var. Hələ də gördüyüm işi sevirəm və fiziki olaraq özümü əla hiss edirəm. Düşünürəm ki, mümkün qədər yaxşı çıxış edə bilərəm”.

Qeyd edək ki, Hemilton 2008, 2014, 2015, 2017, 2018, 2019 və 2020-ci illərdə dünya çempionu olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir