İdman

“Vüqar Həşimov Memorial-2023” superturnirinin iştirakçıları müəyyənləşib

Sharing is caring!


“Vüqar Həşimov Memorial-2023” superturnirinin iştirakçıları müəyyənləşib.

“Report” xəbər verir ki, bu barədə memorialın direktoru Anar Allahverdiyev mətbuat konfransında məlumat verib.

O, yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlının yarışa qatılacaqlarını bildirib.

A.Allahverdiyev turnirdə Santoş Vidit (Hindistan), Rixard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Gelfand (İsrail) kimi əcnəbi şahmatçıların da iştirak edəcəyini söyləyib.

Qeyd edək ki, yarış Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-i aralığında Qəbələdə təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir