İdman

AFFA De Byaziyə görə fövqəladə iclas keçirəcək

Sharing is caring!


Sabah AFFA-da fövqəladə iclas keçiriləcək. 

Bununla bağlı AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Report”a müsahibəsində məlumat verib. 

Onun sözlərinə görə, iclasın keçirilməsində əsas səbəblərdən biri futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin iki gün əvvəl Belçika ilə səfər qarşılaşmasından sonra mətbuat konfransında media nümayəndələrini təhqir etməsidir:

“Kimisə aşağılamaq, təhqir etmək yolverilməzdir. Bununla bağlı konkret tədbir görülməlidir. Məncə, AFFA İcraiyyə Komitəsinin sabahkı iclasında ciddi qərarlar veriləcək”.

O bildirib ki, mətbuat konfransında baş verənlərlə bağlı hava limanında olarkən xəbər tutublar:

“Biz həmin fikirləri hava limanında olarkən eşitdik. Bunu bilən kimi baş katib AFFA-nın adından bütün jurnalistlərdən üzr istədi. Bakıya qayıtdıqdan sonra AFFA rəhbərinə bu məsələ çatdırıldı. Buna görə də sabaha fövqəladə iclas təyin olundu”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir