İdman

AVRO-2025: Azərbaycanın U-21 yığması bu gün növbəti oyununu keçirəcək

Sharing is caring!


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gələcək.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Rəqib 12 xalla liderdir, 3 oyuna 3 xal əldə edən U-21 yığmamız 4-cü pillədə qərarlaşıb.

F qrupunun digər görüşlərində Serbiya Lüksemburqu, İsveçrə Rumıniyanı qəbul edəcək.

AVRO-2025, seçmə mərhələ

22:00. Ukrayna – Azərbaycan

Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).

İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.

Xal durumu: Ukrayna – 12 (4 oyuna), İngiltərə – 9 (4), Serbiya – 6 (4), Azərbaycan – 3 (3), Lüksemburq – 3 (5), Şimali İrlandiya – 3 (4).

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir