İdman

“Sumqayıt”ın yeni qəhrəmanını tapdı?

Sharing is caring!


“Mövsüm boyu hər bir oyunçunun yaxşı oyunları və pis oyunları olur. Mən hər oyunda ən yaxşı performansı göstərmək üçün əlimdən gələni edirəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın legioneri Roi Kehat deyib.

Mövsümlərarası fasilədə Azərbaycana gələn israilli yarımmüdafiəçi Premyer Liqanın ilk yeddi turunda fərqlənə bilməsə də, son altı matçda üç qol vurub.

Bu oyunların hamısında “kimyaçılar” qalib gəliblər. Onu “Sumqayıt”ın yeni qəhrəmanı, xilaskarı hesab edə bilərik?

Kehatı dinləyək:

“Mövsümün əvvəlində də yaxşı oyunlarım oldu. Lakin son altı oyunda bu, rəqəmlərdə də əks olundu, üç qol vurdum.

Həmişə deyirəm ki, ən vacib şey komandanın qalib gəlməsidir. Hədəflərimizə çatdığımız üçün çox xoşbəxtəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir