İdman

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Sharing is caring!


Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

“Report”un məlumatına görə, raundun son oyununda “Şəfa” və “Şəmkir” üz-üzə gəliblər.

II Liqa təmsilçilərinin Binə qəsəbə stadionunda baş tutan duelinin əsas və əlavə vaxtı bərabərliklə yekunlaşıb – 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan (5:3) “Şəfa” II təsnifat mərhələsində Premyer Liqa klubu “Səbail”ə rəqib olub.

Qeyd edək ki, daha əvvəl “Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir