İdman

Azərbaycanla oyun ərəfəsində Belçika yığması daha bir itki ilə üzləşib

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Belçika yığması daha bir itki ilə üzləşib.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Amadu Onanadan sonra qapıçı Arnaud Bodartın da tsiklin son matçını buraxacağı dəqiqləşib.

Həftəboyu düşərgədə olmasına baxmayaraq, səhhətində problem yaşayan 25 yaşlı qolkiper heyətdən kənarlaşdırılıb. Daha əvvəl isə əsas qapıçı Tibo Kurtua zədə üzündən milliyə çağırılmayıb.

Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir