İdman

“Bavariya” 3 xalı 6 qolla qazandı – VİDEO

Sharing is caring!

Almaniya Bundesliqasında 14-cu turun oyunları keçirilir.

Turnir cədvəlində ilk pillədə qərarlaşan “Bavariya” bu dəfə asan qələbə qazanıb.

Münhenlilər ev matçında “Verder”i darmadağın ediblər. Qonaqlar buraxdıqları 6 topun cavabında yalnız bir dəfə fərqlənməyi bacarıblar. Bremen komandasının gücü bundan artığına çatmayıb.

Beləliklə də, “Bavariya” 3 xalı rahatlıqla qazanaraq liderliyini qoruyub – 6:1.  

Oyunda diqqətçəkən məqam Münhen klubu və Seneqal millisinin hücumçusu Sadio Manenin zədələnməsi olub. Dünya Çempionatı ərəfəsində futbolçunun zədəsinin nə qədər ciddi olması hələ ki, məlum deyil. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir