İdman

“Zenit”in hücumçusu: “Neftçi” ilə oyun mənə çox lazımdır”

Sharing is caring!


“Heç vaxt Bakıda olmamışam. “Neftçi” ilə oyun şəxsən mənə çox lazımdır”.

“Report” xəbər verir ki, bunu Rusiyanın “Zenit” klubunun futbolçusu Uilson İzidor “Neftçi”yə qarşı keçiriləcək yoxlama görüşü barədə danışarkən deyib.

23 yaşlı fransalı hücumçu oyun praktikası toplamaq üçün qarşılaşmaya ciddi yanaşdığını bildirib:

“Sankt-Peterburqa qayıtdıqdan sonra Rusiya çempionatında qalib gəlmək üçün oyun praktikası qazanmalı, özünəinamı bərpa etməli, qarşıdakı rəsmi görüşlərə hazır olmalıyam. Növbəti oyunu kiminlə və necə oynamağımızın heç bir fərqi yoxdur. Rəqibin “Neftçi”, “Zenit”in əvəzedici heyəti olmasının və ya qeyri-rəsmi, yoxsa rəsmi görüş keçirməyimizin önəmi yoxdur. Mən yüz faiz gücümü ortaya qoyacağam. Optimal formaya qayıtmalıyam. Oyun praktikası artdıqca qollar da gələcək”.

Qeyd edək ki, bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Zenit” görüşü saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir