İdman

AVRO-2024: Daha dörd komanda bu gün final mərhələsinə vəsiqəni təmin edə bilər

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində bu gün IX tura yekun vurulacaq.

“Report”un məlumatına görə, daha üç qrupda ümumilikdə yeddi oyun keçiriləcək.

Dörd komanda son tur ərəfəsində final mərhələsinə vəsiqəni rəsmiləşdirə bilər. B qrupunda Niderland evdə İrlandiyadan üç xal alarsa, hədəfinə çatacaq.

D qrupunda Uels və Latviyanın qalibiyyəti təqdirində birincilər final mərhələsində iştirak hüququna yiyələnəcəklər.

İ qrupunda isə Rumıniya İsrailə uduzmasa, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyadakı qitə birinciliyinə bilet ala biləcəklər.

Qeyd edək ki, Fransa və Türkiyə final mərhələsinə vəsiqəni öncədən təmin ediblər.

AVRO-2024-ün seçmə mərhələsi

18 noyabr

B qrupu

23:45. Fransa – Cəbəllütariq

23:45. Niderland – İrlandiya

Xal durumu: Fransa – 18 xal, Niderland – 12, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq – 0

D qrupu

18:00. Ermənistan – Uels

21:00. Latviya – Xorvatiya

Xal durumu: Türkiyə – 16, Uels – 10, Xorvatiya – 10, Ermənistan – 7, Latviya – 3

İ qrupu

21:00. Belarus – Andorra

23:45. İsrail – Rumıniya

23:45. İsveçrə – Kosovo

Xal durumu: İsveçrə – 16, Rumıniya – 16, İsrail – 12, Kosovo – 10, Belarus – 6, Andorra – 2

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir