İdman

Kriştianu Ronaldu unikal nailiyyətə imza atıb

Sharing is caring!


Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu unikal nailiyyətə imza atıb.

“Report”un məlumatına görə, ulduz futbolçu Avro-2024-ün seçmə mərhələsində Lixtenşteynlə qarşılaşmada fərqlənərək buna nail olub.

Cari tsikldə rəqiblərini 10 dəfə cəzalandıran Ronaldu 38 yaşında il ərzində millinin heyətində 10 qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, həm də Avro-2024-ün seçmə mərhələsinin ən məhsuldar oyunçusu olan belçikalı Romelu Lukakuya çatıb.

Ronaldu 2023-cü ildə vurduğu qolların sayını 46-ya çatdırıb. O, yalnız norveçli Erlinq Holanddan (48 qol) və ingiltərəli Harri Keyndən (47) geri qalır.

Qeyd edək ki, Lixtenşteyni səfərdə 2:0 hesabı ilə məğlub edən Portuqaliya millisi yer aldığı J qrupunda 9 oyundan sonra maksimum (27 xal) nəticə göstərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir