İdman

Fyuri və Usik göz-gözə gəldilər: Döyüşün vaxtı açıqlandı – VİDEO

Sharing is caring!


Bu gün Ər-Riyadda britaniyalı Tayson Fyuri ilə ukraynalı Aleksandr Usik arasında ağır çəkidə boks üzrə mütləq dünya çempionu adı uğrunda döyüş keçiriləcək.

Bu, idmançılar arasında baş tutan vizual qarşıdurmadan (baxışların toqquşmasından) sonra açıqlanıb.

Xatırladaq ki, əvvəlcə döyüş dekabrın 23-də keçirilməli idi, lakin sonradan təxirə salındı.

Qeyd edək ki, Fyurinin 35 yaşı var. Karyerasında o, 34 qələbə (24 nokaut) və bir heç-heçə edib. O, Dünya Boks Şurasının (WBC) dünya çempionudur.

36 yaşlı Usik Dünya Boks Assosiasiyası (WBA), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatının (WBO) versiyasına görə, ağır çəkidə dünya çempionu titullarına sahibdir. Onun 21 qələbəsi var (14-ü nokautla) və heç bir məğlubiyyəti yoxdur.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir