İdman

İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisini cəzalandırdı

Sharing is caring!


AFFA İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abasovu cəzalandırıb.

Oxu.Az xəbər verir ki, buna 45 yaşlı mütəxəssisin “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XIII turunun oyunu başa çatdıqdan sonra etdiyi qeyri-idman hərəkəti səbəb olub.

Abasov buna görə biroyunluq cəza alıb, həmçinin sentyabrın 19-da təyin edilən üçaylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə həmin tarixdə verilən ikioyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə üçmatçlıq cəzaya məruz qalıb. “Gənclik şəhəri” təmsilçisi isə 1000 manat cərimələnib.

“Neftçi” həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək.

Hər iki kollektiv dörd oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir