İdman

İsveç yığmasının baş məşqçisi: “Bizi Azərbaycana qarşı çətin oyun gözləyir” – FOTO

Sharing is caring!


“Bizi Azərbaycana qarşı çətin oyun gözləyir”.

“Report”un məlumatına görə, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis Bakıya qələbə qazanmaq üçün gəldiklərini bildirib:

“Martda Azərbaycan millisinə qarşı oynamışdıq. Birinci hissədə çətinliklə üzləşmişdik. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da çətin oyun olacaq”.

Çalışdırıcı “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken”lə eyni qrupda yer almalarına da münasibət bildirib:

“Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Molde” sonluğu uğurlu başa vuracaq”.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan – İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

Daha çox şəkil burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir