İdman

Eritreya 2026-cı ildəki dünya çempionatında iştirak etməyəcək – Qəribə SƏBƏB

Sharing is caring!


Eritreya 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə turnirində iştirakdan imtina edib.

Məlumata görə, ölkə milli komanda üzvlərinin xaricə səfərləri zamanı siyasi sığınacaq almağa cəhd edəcəklərindən ehtiyatlanır.

Eritreya Milli Futbol Federasiyası hələlik şərh verməyib, lakin məlum olub ki, oyunçular seçmə mərhələnin ilk iki matçına üç ay hazırlaşıblar. Bundan sonra isə onlara DÇ-də iştirakın ləğvi barədə qərar açıqlanıb.

Federasiyanın bəzi üzvləri İdman və Mədəniyyət Nazirliyini komandanın mundialda iştirakına icazə verilməsi üçün razı salmağa çalışsalar da, federasiyaya nəzarət edən idman və mədəniyyət üzrə müvəkkil bundan imtina edib.

Qeyd edək ki, 2009-cu ildən bəri 60-dan çox oyunçu beynəlxalq idmançı statusundan sığınacaq istəmək üçün istifadə edib.

Eritreya komandası 2020-ci ilin yanvarında Sudanla yoldaşlıq görüşü keçirməsindən bəri oynamır. Həmçinin, yığma son 48 ayda bir dənə də olsun rəsmi oyun keçirmədiyindən FIFA reytinqindən kənarlaşdırılıb.

Mənbə: Sport-express.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir