İdman

Gənc soydaşlarımız cüdo üzrə Kvebek Beynəlxalq Açıq Çempionatında nailiyyətlər qazanıblar – FOTO

Sharing is caring!


Kanadanın Alberta əyalətində yaşayan gənc soydaşımız Emiliya Əliyeva Monreal şəhərində keçirilən cüdo üzrə 46-cı Kvebek Beynəlxalq Açıq Çempionatında uğurlu nəticə göstərib.

“Hiro’s Judo Club”un təmsilçisi olan 70 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız çempionatın ilk günü U-18 yaş divizionunda tatami üzərinə çıxıb. Üç rəqibi üzərində üstünlük əldə edən cüdoçu yalnız finalda məğlub olaraq ikinci yeri tutub.

Ertəsi günü öz yaşına uyğun olaraq U-16 yaş divizionunda tatami üzərinə çıxan Emiliya Əliyeva bütün rəqibləri üzərində qələbə çalaraq çempion titulunu qazanıb.

Bundan başqa, Ontario yığma komandasını U-16 yaş divizionunda 66 kq çəki dərəcəsində təmsil edən gənc soydaşımız Yasur Əlizadə yarışda 3-cü yeri tutub. Beləliklə, iki soydaşımız öz komandalarına qızıl, gümüş və bürünc medallar qazandırıb.

Qeyd edək ki, Emiliya Əliyeva 21-22 oktyabr 2023-cü il tarixində Toronto şəhərində keçirilən “Hatashita 2023 Ontario Open Judo Championships” yarışında U-16 yaş divizionunda parlaq qələbə qazanıb. Altı yaşından cüdo ilə məşğul olan və 70 kq çəki dərəcəsində Kanadanın 8 ən yaxşı cüdoçu qızlarından biri hesab olunan Emiliyanın məşqçisi atası Vəsfi Əliyevdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir