İdman

Fariz Nəcəfov: “Qəbələ”nin meydandan kənarda heç bir problemi yoxdur”

Sharing is caring!


“Komandada uğursuzluq varsa, bu gün autsayderdisə, uğursuzluğu “komanda oynayır”, “bəxtimiz gətirmədi” kimi amillərin üstünə atmağı düzgün hesab etmirəm. Səhvlərimiz var, istər müdafiədə, istərsə də hücumda – bunun artıq heç bir fərqi yoxdur. Komandanın səhvi var ki, uduzur”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.

Klub rəhbəri qeyd edib ki, komandada nə problem varsa, o da meydandadır:

“Oyun alınmır deyə bu gün “Qəbələ” autsayderdir. Yəni uğursuzluğa səbəb var. Daha çox çalışmaq lazımdır. Komandanın nə çətinliyi varsa, meydandadır. “Qəbələ”nin meydandan kənarda heç bir problemi yoxdur. Vəziyyət əvvəlkindən də yaxşıdır”.

F.Nəcəfov bir müddət əvvəl baş məşqçi Elmar Baxşıyevin komandanın toparlanması ilə bağlı səsləndirdiyi fikirlərin yanlış anlaşıldığını bildirib:

“Elmar müəllimlə bu barədə söhbətimiz oldu. O qeyd etdi ki, fikirləri yanlış anlaşılıb. Komanda məşqçili, futbolçulu toparlanmalı və bu vəziyyətdən çıxmalıdır”.

Fariz Nəcəfov çempionatda yaranan fasilə müddətində komanda üzvləri ilə həmişəkindən də tez-tez görüşəcəyini vurğulayıb:

“Hazırkı məqamda qış fasiləsinə qədər dəyişəcək nəsə yoxdur. Heyətimiz geniş deyil, 2-3 futbolçu zədə və ya cəza səbəbindən meydana çıxa bilməyəndə artıq məşqçilər korpusu çətinliklə üzləşir. Amma dediyim kimi, hazırkı məqamda edəcək bir şey yoxdur. Öz üslubumuzda oynayaraq vəziyyəti dəyişməliyik. Komandada konkret nəyin çatışmadığını heç kim tapa bilmir. Onu tapsaydıq, hər şey düzəlmişdi. Mən də daim komanda üzvləri ilə görüşürəm. Fasilə müddətində həmişəkindən də tez-tez görüşəcəyəm. Ən qısa zamanda vəziyyəti dəyişməliyik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir