İdman

Azərbaycanın FIFA referisi AVRO-2024-ün seçmə mərhələ oyununa təyinat alıb

Sharing is caring!


Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

“Report” xəbər verir ki, o, AVRO-2024-ün seçmə mərhələsində Finlandiya və Şimali İrlandiya yığmaları arasında keçiriləcək oyunu idarə edəcək.

36 yaşlı ədalət təmsilçisinə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Qarşılaşmanın VAR hakimi Elçin Məsiyev, AVAR hakimi isə Cavid Cəlilov olacaq.

Qeyd edək ki, noyabrın 17-də Helsinkidə reallaşacaq Finlandiya – Şimali İrlandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir