İdman

UEFA Gənclər Liqası: “Qəbələ” evdə uduzdu

Sharing is caring!


“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında bu gün növbəti oyununu keçirib. 

Oxu.Az xəbər verir ki, “qırmızı-qaralar” II təsnifat mərhələsinin ilk matçında Qəbələ şəhər stadionunda Yunanıstanın “Olimpiakos” kollektivi ilə qarşılaşıblar. 

Famil Xəlilovun yetirmələri 4-cü dəqiqədə Kristos Mouzakitisin qolu ilə ilk yarını 0-1 geridə tamamlayıblar. 

İkinci hissədə də ilk qolu qonaqlar vurublar. 64-cü dəqiqədə Çaralambos Kostoulas fərqlənib.  87-ci dəqiqədə isə Kristos Darviras yekun nəticəni müəyyənləşdirib. “Qəbələ U-19” 0:3 “Olimpiakos U-19”. 

Bu komandalar arasında cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir