İdman

Çempionlar Liqası: “Borussiya” qələbə qazandı, “Barselona” isə uduzdu – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turuna start verilib.

Oxu.Az xəbər verir ki, bu axşam E, F, G və H qruplarında növbəti oyunlar keçiriləcək.

Matçlardan artıq ikisi başa çatıb.

F qrupunda Dortmund “Borussiya”sı İngiltərə “Nyukasl”ını qəbul edib. Ev sahibləri 3 xalı 2 cavabsız qolla təmin edərək qrupda liderliyə yüksəliblər – 2:0.

H qrupunda isə lider “Barselona” “Şaxtyor”un qonağı olub. Pley-offa çıxışı vaxtından əvvəl təmin etmək şansını qaçıran Xavinin yetirmələri oyundan əliboş ayrılıblar – 1:0.

F qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Nyukasl” (İngiltərə) 2:0

Xal durumu: “Borussiya” – 7, PSJ – 6, “Nyukasl” – 4, “Milan” – 2.

H qrupu

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Barselona” (İspaniya) 1:0

Xal durumu: “Barselona” – 9, “Portu” – 6, “Şaxtyor” – 6, “Antverpen” – 0.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir