İdman

Türkiyə Kuboku: Azərbaycanlı futbolçuların çıxış etdiyi komandaların rəqibləri müəyyənləşib

Sharing is caring!


Futbol üzrə Türkiyə Kubokunda 4-cü turun püşkü atılıb.

“Report”un məlumatına görə, Azərbaycan millisinin üzvlərinin çıxış etdiyi komandaların da rəqibləri müəyyənləşib.

Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” “Düzcəspor”la üz-üzə gələcək. Coşqun Diniyevin şərəfini qoruduğu “Ümraniyəspor” “Çankaya”ya rəqib olub.

Qeyd edək ki, yığmanın digər üzvü, qapıçı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor” mübarizəyə növbəti mərhələlərdən start verəcək. Bəxtiyar Həsənalızadənin heyətində yer aldığı “Tuzlaspor” isə əvvəlki mərhələdə “Çankaya”ya yenilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir