İdman

“Qarabağ”ın qapıçısı Rusiya millisinə çağırılıb

Sharing is caring!


“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırılıb.

“Report” xəbər verir ki, baş məşqçi Valeri Karpin Kuba ilə yoxlama görüşü üçün ilkin heyətdə 32 yaşlı qolkiperə də yer verib.

Mütəxəssis ümumilikdə 29 nəfərlik heyət müəyyənləşdirib. Təlim-məşq toplanışından sonra yekun heyət açıqlanacaq.

Qeyd edək ki, Rusiya ilə Kuba arasında oyun noyabrın 20-də Volqoqradda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir