İdman

“Kəpəz”i növbəti turun oyununa çıxaracaq mütəxəssis bəlli olub

Sharing is caring!


“Kəpəz”də baş məşqçi axtarışları davam edir.

Klubdan verilən məlumata görə, Gəncə təmsilçisini Premyer Liqanın növbəti turuna Etibar İbrahimov çıxaracaq.

Mütəxəssis noyabrın 5-də istefa vermiş Azər Məmmədovun köməkçilərindən biri olub.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqanın XIII turunda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Noyabrın 10-da reallaşacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir