İdman

Qadın voleybolçular arasında Azərbaycan çempionatı başlayıb – FOTO

Sharing is caring!


Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb.

Mövsümün ilk qarşılaşmasında son ölkə çempionu “Azərreyl” və kubokun sahibi “Abşeron” üz-üzə gəliblər.

Oyundan əvvəl Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırova xatirə hədiyyəsi və Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyunçularının imzası olan formanı təqdim edib. Daha sonra qarşılaşmaya start verilib.

Bakı İdman Sarayında baş tutan görüş gərginliyi ilə yadda qalıb. İlk setdə “Abşeron” 27:25 hesabı ilə qalib gəlsə də, ikinci hissədə “Azərreyl” 25:23 hesabı ilə üstün olub və ümumi hesabı bərabərləşdirib. Maraqlı mübarizə şəraitində keçən növbəti setlərdə isə “Abşeron” qələbə qazanıb – 25:16, 25:20. Beləliklə, mövsümün ilk matçında “Abşeron” 3:1 hesabı ilə qalib gəlib.

Ölkə birinciliyində növbəti oyunlar noyabrın 7-də keçiriləcək. Saat 15:00-da GİN-in Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “UNEC” klubları üz-üzə gələcəklər. Saat 18:00-da başlayacaq növbəti qarşılaşma isə “Gəncə” və “Murov Az-Terminal” komandaları arasında baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir