İdman

Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısına təzminat ödəyəcək

Sharing is caring!


Qazaxıstanın “Turan” klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevə təzminat ödəyəcək.

Bu barədə “Report”a 29 yaşlı qolkiperin vəkili Elcan Həsənli məlumat verib.

Onun sözlərinə görə, bu barədə FIFA-nın Mübahisələrin Həlli Palatası qərar qəbul edib.

Elcan Həsənli 2022-ci ilin yayında müqavilənin ləğvindən sonra “Turan”ın Balayevə təzminat ödəməli olduğunu, lakin sonradan bundan imtina etdiyini söyləyib. O, məhz bu səbəbdən FIFA-ya şikayət etdiklərini və tələblərinin qəbul olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda “Neftçi”də çıxış edən Emil Balayev 2022-ci ilin martından iyuluna qədər “Turan”ın formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir