İdman

Azərbaycan aykidoçuları Ər-Riyadda keçirilən Dünya Döyüş Oyunlarına qatılıblar – FOTO

Sharing is caring!


Beynəlxalq Aykido Federasiyasının (BAF) və Aykikay Fondu təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi olan “Azərbaycan Aykikay Aykido Klubları” İctimai Birliyinin üzvləri Fəxri Qafarlı  və Turan İbrahimli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilmiş “World Combat Games 2023” tədbirində iştirak ediblər.

Bildirək ki, Turan İbrahilmi bu tədbirə Yaponiyadan gəlib. O, BAF-ın yeniyetmələr arasında 1-ci Aykido Festival və Seminarıda Azərbaycanı təmsil edib. 

GAISF tərəfindən təşkil olunmuş tədbirdə, Azərbaycan da daxil olmaqla, 80 ölkədən gəlmiş 100-dən çox aykidoçu iştirak edib.

Ümumilikdə, bu tədbirdə aykido ilə yanaşı cüdo, ciu-citsu, karate, kendo, kikboksinq, taekvando, sumo və muaytay kimi döyüş sənətlərinin daxil olduğu 16 döyüş növünün nümayəndələri iştirak ediblər. 

Beynəlxalq Aykido Federasiyanın (BAF) dəvəti ilə tədbirdə iştirak edən aykidoçularımız Aykido döyüş sənətinin yaradıcısı Morihey Ueşibanın nəvəsi vaka-sensey Mitsuteru Ueşiba, məşhur ustalardan Kristian Tissye, BAF sədri Vilko Vrisman və BAF sədrinin müavini Key İzavanın  keçirdiyi ustalıq dərslərində iştirak edərək, məşhur ustadların zəngin təcrübəsindən yararlanmaq və yeni biliklər əldə etmək şansına malik olublar.

Nümayəndələrimiz dünya aykidoçuları ilə dostluq münasibətləri quraraq, onları Azərbaycan və yerli aykido təşkilatımız barədə məlumatlandırıb və təcrübə mübadiləsi aparıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir