İdman

“Qarabağ”ın legioneri 568 günlük göstəricini təkrarlayıb

Sharing is caring!


“Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycan çempionatlarında 568 günlük göstəricini təkrarlayıb.

Peşəkar Futbol Liqasının rəsmi saytı xəbər verir ki, fransalı yarımmüdafiəçi Premyer Liqanın XII turunda “Kəpəz”lə oyunda (7:1) bir hissə ərzində üç qol vuraraq buna nail olub.

Bir qarşılaşmada fasiləyə qədər het-trik rəsmiləşdirən sonuncu oyunçu da “Qarabağ”ın üzvü olub. 2021/2022 mövsümündə İbrahima Vaci bunu bacarıb. O, 2022-ci il aprelin 15-də reallaşan “Şamaxı” ilə görüşün fasiləsinə qədər üç qol vurub. Həmin matçda “Qarabağ” 8:0 hesablı qələbə qazanıb.

Ölkə çempionatlarında son het-trik isə ötən mövsüm qeydə alınıb. Bu il mayın 7-də “Turan Tovuz”un “Neftçi”ni 4:0 hesabı ilə məğlub etdiyi görüşdə Runi Eva bakılıların qapısına üç qol vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir