İdman

Beş qol vurulan oyunda “Beşiktaş” məğlub oldu

Sharing is caring!


Türkiyə Super Liqasının XI turunda “Beşiktaş” səfərdə “Antalyaspor”un qonağı olub.

Oxu.Az xəbər verir ki, qarşılaşmada meydan sahiblərinin qələbəsi ilə nəticələnib.

İlk hissədə yeganə qolu əlavə edilmiş ikinci dəqiqədə C.Tosun vurub.

İkinci hissə meydan sahibləri üçün uğurlu başlayıb. 46-cı dəqiqədə D.Saric, 50 və 57-ci dəqiqələrdə S.Yehezkal fərqlənib. Qalan vaxt ərzində “Beşiktaş” bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 79-cu dəqiqədə C.Muleka hesabı 3:2 edib.

Qələbə sayəsində “Antalyaspor” 15 xalla 8-ci pilləyə yüksəlib. 19 xalı olan “Beşiktaş” beşincidir.  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir