İdman

İngiltərə Premyer Liqası: “Nottinhem Forest” “Aston Villa”nın yenilməzlik seriyasına son qoydu

Sharing is caring!


İngiltərə Premyer Liqasının 11-ci turunda “Nottinqem Forest” “Aston Villa”nı qəbul edib.

Oxu.Az xəbər verir ki, Siti Qraundda baş tutmuş matçdan ev sahibləri üstün ayrılıblar.

Oyunun birinci hissəsi bərabər mübarizə getsə də, “meşəçilər” ələ düşən yeganə imkanı maksimum dəyərləndirərək fasiləyə yollanıblar. Matçın ikinci hissəsi Birminqem təmsilçisi üçün yaxşı başlamayıb: 47-ci dəqiqədə “qırmızılar” hesabdakı fərqi artırıblar. Bununla da “Nottinqem Forest” – “Aston Villa” oyunu ev sahiblərinin inamlı qələbəsi ilə başa çatıb.

Beləliklə, bu mövsüm çempionatın ilk dördlüyünə meydan oxuyan Unai Emerinin yetirmələri cari turda 4-cü pilləyə yüksəlmək şanslarını itiriblər. Eyni zamanda, “qırmızılar” “aslanlar”ın altı oyunluq yenilməzlik seriyasına da son qoyublar.

Qeyd edək ki, 11 oyundan sonra “Aston Villa” 22 xalla 5-ci pillədə qalıb. “Nottinhem Forest” 13 xalla 12-ci pilləyə yüksəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir