İdman

Azərbaycan cüdoçuları dünya çempionatında 11 medal qazanıblar

Sharing is caring!


Azərbaycan cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə veteranlar arasında keçirilən dünya çempionatında 11 medal qazanıblar.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, təmsilçilərimiz 5 qızıl, 1 gümüş və 5 bürünc medal əldə ediblər.

Azərbaycan millisi mundialı ümumi hesabda 6-cı, kişilər arasında isə 5-ci pillədə başa vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir