İdman

“Landmark 7”: Vüqar Kərəmov Bakıda kəmərini qorumağa çalışacaq

Sharing is caring!


Bu gün Bakıda “Rizin” Döyüş Federasiyasının “Landmark 7” turniri keçiriləcək.

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşacaq yarış saat 17:00-da başlayacaq.

Turnirdə Azərbaycanın beş MMA döyüşçüsü çıxış edəcək.

Əsas görüş Vüqar Kərəmovla yaponiyalı Çihiro Suzuki arasında baş tutacaq. 31 yaşlı idmançımız kəmərini qorumağa çalışacaq.

Bundan əlavə, Tofiq Musayev digər yapon Toji Takeda, Nəriman Abbasov rusiyalı Ali Abdulxalikov, Mehman Məmmədov türkiyəli Ferit Göktepe, Tural Rəhimov isə Cənubi koreyalı Kyun Pyu Kim ilə qarşılaşacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir