İdman

Azərbaycan Kubokunda limit Premyer Liqaya uyğun olacaq

Sharing is caring!


Azərbaycan Kubokunda limit Premyer Liqaya uyğun olacaq. Komandalar meydançada 7 əcnəbi oyunçudan yararlana biləcəklər.

“Report” xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Azərbaycan Kubokunun 2023/2024 mövsümünün püşkatma mərasimində məlumat verib.

Qurum rəsmisi tapşırıqları yerinə yetirdikləri üçün klublara təşəkkür edib:

“Builki mövsüm əvvəlkilərdən fərqlənir. Çünki yeni liqa yaradıldı, əvəzedicilərlə I Liqa ayrıldı. Aşağı liqalarda problemlər var, bunu inkar etmirik. Bir çox komanda bu turnirdə iştirak etməklə təcrübə toplayacaq”.

O, ölkə kubokunun qalibinin Avropa Liqasına vəsiqə qazanacağını xatırladıb:

“Bu amil turnirə marağı daha da artıracaq”.

E.Abbasov əlavə edib ki, ölkə kubokunda VAR sistemindən istifadə olunacaq. Ancaq bu, yalnız sistem quraşdırılan stadionlarda olacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir