İdman

Azərbaycan minifutbol millisinin qapıçısı: “Rəqib çox qapanmışdı”

Sharing is caring!


“Oyuna istədiyimiz kimi başlaya bilmədik. Rəqib çox qapanmışdı”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyanı 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Qolkiper ilk hissədə üzərinə elə də böyük yük düşmədiyini bildirib:

“Baş məşqçi fasilədə bizə necə oynamalı olduğumuzu bir daha xatırlatdı. Bundan sonra inam və hücumlarımızın kəsəri daha da artdı. Yekunda istədiyimiz nəticəyə nail olduq. Bütün azarkeşlərə təşəkkür edirəm. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi bu gün 1/4 finalda Bolqarıstanla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir