İdman

Bu gün aerobika və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı başlayacaq

Sharing is caring!


Bu gün aerobika gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və açıq Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 28-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə start veriləcək.

“Report”un məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək yarış saat 12:00-da başlayacaq.

Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında iki gün davam edəcək çempionatın qalibləri noyabrın 2-də mükafatlandırılacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir