İdman

Federasiyanın vitse-prezidenti: “Rəhbərlik idmançılarımıza hərtərəfli dəstək olur”

Sharing is caring!


“Rəhbərlik idmançılarımıza hərtərəfli dəstək olur”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Koşiki Karate-do Federasiyasının vitse-prezidenti Ənvər Həzərxanov kudo üzrə millinin Litvanın Kaunas şəhərində keçirilən Avropa çempionatındakı nailiyyəti barədə danışarkən deyib.

Funksioner hər idman növündə əhvali-ruhiyyənin önəmli rol oynadığını bildirib:

“Bunu da təmin edən federasiya rəhbərliyidir. Qurumda olan ab-hava karateçilərə ruh yüksəkliyi verir. Avropa çempionatı oktyabrın 28-30-da təşkil olundu. 29 oktyabrda isə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunurdu. Yarışın həmin vaxta təsadüf etməsi bizim karateçilərə əlavə motivasiya verdi. Onlar həm də medallarını bu əlamətdar günə həsr etmiş oldular”.

Qeyd edək ki, kudo millimiz Avropa çempionatında üç qızıl və bir gümüş medal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir