İdman

Azərbaycan millisinin baş məşqçisi: “Avropa çempionatında üç qızıl, bir gümüş medal böyük uğurdur”

Sharing is caring!


“Avropa çempionatında üç qızıl, bir gümüş medal böyük uğurdur”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın kudo üzrə milli komandasının baş məşqçisi Nazim Mövsümzadə Litvanın Kaunas şəhərində keçirilən Avropa çempionatındakı çıxışla bağlı danışarkən deyib.

O, qitə birinciliyinə qısa müddətdə hazırlaşmalarına baxmayaraq, müsbət nəticələr qazandıqlarını bildirib:

“Maydan bəri müxtəlif mötəbər turnirlərdə uğurla iştirak etmişik. Son yarışın ardından Avropa çempionatına hazırlaşmaq üçün vaxtımız yox idi. Cəmi 10 gün məşq keçdikdən sonra qitə birinciliyinə yollandıq. Avropa çempionatına beş idmançı ilə getmişdik. Onlardan Sevinc Mövsümzadə, Kənan İsmayılzadə, Elbrus Səmədov və Vüsal Əliyev turnirdə parlaq çıxışlar edərək, fəxri kürsüyə qalxdılar”.

Baş məşqçi əldə edilən nailiyyətlərdə federasiya rəhbərliyinin, Gənclər və İdman Nazirliyinin böyük rol oynadığını vurğulayıb:

“Federasiyamızın fəxri prezidenti Adnan Əhmədzadəyə, prezidenti Rafael Bunyatova, vitse-prezidenti Vəli Bünyatova, eləcə də Azərbaycan Karate Federasiyası İctimai Birliyinin prezidenti Ülvi Quliyevə, gənclər və idman naziri Fərid Qayıbova minnətdarlığımızı bildiririk. Bizə maddi dəstək olan ASTA-ya (Azərbaycan İdman İstedadları Akademiyası – “Azerbaijan Sport Talents Academy” – red.) da təşəkkür edirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir