İdman

“Araz Naxçıvan”ın oyunçusu dörd oyunluq diskvalifikasiya olunub

Sharing is caring!


AFFA İntizam Komitəsi “Araz Naxçıvan” futzal klubunun oyunçusu Mateus Lukas Dos Santosu dörd oyunluq diskvalifikasiya edib.

“Report” xəbər verir ki, buna səbəb onun Yüksək Liqanın IV turunda “Record club”a qarşı oyundakı təcavüzkar davranışı olub.

Qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi bilərkdən ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alan Mateus komandasının qarşıdakı 4 oyununu buraxacaq.

Qeyd edək ki, görüş “Araz Naxçıvan”ın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir