İdman

Mançester derbisində “şəhərlilər”dən böyükhesablı qələbə – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasının X turunda Mançester derbisi baş tutub.

Oxu.Az xəbər verir ki, “Mançester Yunayted” öz meydanında əzəli rəqibi “Mançester Siti” ilə qarşılaşıb.

Görüş qonaq komandanın böyükhesablı qələbəsi ilə başa çatıb – 0:3.

Hesabı 26-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Erlinq Holand açıb. 49-cu dəqiqədə o, özünün və komandasının ikinci qolunu vurub. 80-ci dəqiqədə isə norveçli forvard assist müəllifi olub. Onun ötürməsindən sonra dəqiq zərbə ilə topu tora qovuşduran Fil Foden “şəhərlilər”in böyükhesablı qələbəsini rəsmiləşdirib.

Xallarını 24-ə çatdıran “Mançester Siti” üçüncü pillədədir. Komanda “Arsenal”la eyni xala sahibdir. Lider “Tottenhem”in 26 xalı var. “Mançester Yunayted” isə 15 xalla səkkizinci sıradadır.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir