İdman

Albaniya Bundesliqası: “Bavariya” 37 dəqiqəyə səkkiz qol vurub lider oldu

Sharing is caring!


Almaniya Bundesliqasında IX turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion “Bavariya” öz meydanında “Darmştadt”la üz-üzə gəlib.

Qarşılaşma Münhen klubunun böyük hesablı qələbəsi ilə başa çatıb 8:0. Komanda səkkiz qolu 37 dəqiqə ərzində vurub.

Hesabı 51-ci dəqiqədə Harri Keyn açıb. Beş dəqiqə sonra Leroy Sane fərqi iki topa çatdırıb. 60-cı dəqiqədə Camal Musiala üçüncü qolu vurub. Dörd dəqiqə sonra Sane dublunu rəsmiləşdirib. 69-cu dəqiqədə dubl etmək növbəsi Keynə çatıb. 71-ci dəqiqədə Tomas Müller də adını tabloya yazdırıb. 76-cı dəqiqədə isə Musiala dublunu rəsmiləşdirib. 88-ci dəqiqədə het-trik edən Keyn oyunda yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, “Bavariya”nın heyətində dördüncü dəqiqədə Yozua Kimmix birbaşa qırmızı vərəqə alıb. Qonaq komandada isə 21-ci dəqiqədə Klaus Qyasula, 41-ci dəqiqədə Matey Mqalitsa meydandan qovulublar.

Qələbə sayəsində xallarını 23-ə çatdıran “Bavariya” birinci pilləyə yüksəlib. Komanda bir oyun az keçirən Leverkuzen “Bayer”ini bir xal qabaqlayır. “Darmştadt” isə yeddi xalla 14-cüdür.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir