Mədəniyyət

“Sarı gəlinin sorağında” sənədli filminin təqdimatı olub – FOTO

Sharing is caring!


Qərbi Azərbaycanın mədəni irsi ilə bağlı çəkilən “Sarı gəlinin sorağında” sənədli filminin təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, film Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə çəkilib.

“Sarı gəlinin sorağında” tammetrajlı sənədli filminin ssenari müəllifi Füzuli Sabiroğlu, rejissoru Mübariz Nağıyev, operatoru Fahir Səmədoğlu, prodüseri AKİ-nin katibi Əli İsa Cabbarov, xətt prodüseri İsmayıl Qasımovdur.

Qeyd edək ki, film ingilis və erməni dillərində də yayımlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir