İdman

“Sumqayıt”ın futbolçusu üçün 2023-cü il bitib

Sharing is caring!


“Sumqayıt”ın futbolçusu İsa Suliman üçün 2023-cü il bitib.

Oxu.Az xəbər verir ki, ingiltərəli müdafiəçi əməliyyat olunub.

Azərbaycan Premyer Liqasının X turunun “Sabah”la oyununda zədələnən 25 yaşlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub. Türkiyənin paytaxtı Ankaradakı “Acıbadem” xəstəxanasında tanınmış cərrah, professor Mehmet Serdar Binnet tərəfindən aparılan əməliyyat uğurlu keçib.

Bu gün Sumqayıta dönəcək İsa Sulimanın bərpa prosesinə burada davam ediləcək. Onun təxminən iki aydan sonra çalışmalara başlayacağı gözlənilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir